Dünyaca məhşur britaniyalı boksyor Mayk Toyel rinqdə aldığı zərbədən dünyasını dəyişib.
Gununsesi.info Sotlandiyanın telekanalına istinadən xəbər verir ki, Mayk Touella Deyl Evans arasında keçirilən döyüşdə M. Touell aldığı zərbədən sonra nokauta düşüb. Məhşur boksyor xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib və orada dünyasını dəyişib.
Videoda M. Rouellin rəqibi 25 yaşlı D.Evansın ağır və güclü zərbələrini müşahidə etmək olar.
Boksçular Böyük Brataniya çempionluğu uğrunda mübarizə aparıblar. Beşinci raunda M. Touell nokauta düşüb və onu xərəkdə rinqdən aparılıb. O kral Elizaveta adına xəstəxanada dünyasını dəyişib.
Bu döyüş növündə M. Touell 12 döyüş keçirib və döyüşlərin 11-i qələbə 1 isə heç-heçə ilə nəticələnib.
Touellin tərədaşı Xloi Ross mediaya açıqlamasında deyib ki, Mayk bir neçə həftə idi başındakı ağrılardan şikayətlənirdi: “Buna baxmayaraq o həkimə müracitə etmirdi. Bu səbəbdən də o döyüş ərəfəsində stress altında idi”.
Gununsesi.info