
Məhşur reperin konsertində 40-dan artıq fanat xəsarət alıb.
Gununsei.info CNN-ə istinadən xəbər verir ki, məhçur amerikalı reper Snoop Doggun Nyu-Cersi ştatındakı konsertində hasarın aşması nəticəsində 40-dan artıq tamaşaçı xəsarət alıb. Xəsarət alan fanatların əksəriyyəti həddi-buluğa çatmayan yeniyetmələrdir. Hadisə birbaşa konsert səhnəsinin qarşısında mühafizə çəpərinin aşaması nəticəsində baş verib. Konsert həmən dayandırılıb və reper mühafizəçilər tərəfindən səhnədən aparılıb.
Gununsesi.info