Amerikalı məhşurlar iqtisadi böhrana görə mülkərini satırlar. Gununsesi.info xəbər verir ki, aktrisa və müğənni Layza Minelli evindəki şəkilləri dəyərindən qat-qat ucuz qiymətə satışa çıxarıb. Ömrünün qalan hissəsini problemsiz keçirmək istəyən Layza artıq yaşlı olduğundan çıxış yolu kimi şəkilləri satmaqda görüb. Məhşur rəssam Endi Vorholun 22 şəkilinə görə aktrisa 40 milyon dollar tələb edib. Əgər rəssamın şəkillərini tək-tək satsa idi 80 milyon dollar əldə edə bilərdi. O iqtisadi böhrana görə belə addım atan yeganə məhşur deyil. Belə ki, Hollivud ulduzu Corc Kluni də öz mülkünü satışa çıxarıb. Uzun zaman sevgilisi Sindi Kroufordla birgə yaşayan Corc Kluni evlənəndən sonra həmin evi lazımsız bilərək satmağa qərar verib. Məhşur aktyorun evini satdığını öyrənən naməlum alıcı Corcun evində qalmaq üçün 100 milyon dollar pul ödəyib. Bu isə evin dəyərindən çox aşağıdı.
Eyni addımı Culiya Roberts də atıb. “Xanaley” adlı ərazidə yerləşən villasında ailəsi ilə birgə qalmaq istəyən Culiyanı həyat yoldaşı fikrindən daşındırıb. Evi satışa qoyan Culiya alıcıdan 30 milyon dollar tələb etsə də 21.950.000 qiymətinə satmalı olub.
Sevinc Xeyrulla