Məhv edilən polkovnik separatçıların “müdafiə nazirinin müavini” imiş

  • By admin
  • 02 Noyabr 2020 17:26

Ermənistan Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirinin müavini”, polkovnik Artur Sarksiyanın öldüyünü etiraf edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

O, bu ilin iyulun 4-də bu “vəzifəyə” təyin olunmuşdu.

Xatırladaq ki, Artur Sarqisyanın məhv edilməsi ilə bağlı məlumatı Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 29-da yaymışdı. Onun 1-ci ümumqoşun ordusu komandanın müavini olduğu məlum idi. “Sputnik Armeniya”nın yaydığı məlumatdan isə aydın olur ki, o, həm də separatçıların “müdafiə nazirinin müavini” imiş.

 

 

Gununsesi.info