Krasnoyarskda bir qız məktəbə hücum edib.
Gununsesi.info bu barədə məlumatı xarici mediaya istinadən xəbər verir.
Belə ki, TASS agentliyinin regional məhkəmələrin birgə mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Krasnoyarsk məhkəməsi məktəbdə həmyaşıdlarına hücum edən qızı həbs edib.
Bəyanatda deyilir: “Qız iki ay müddətinə həbs edilib”.
Təhsil müəssisəsində fövqəladə hadisə fevralın 4-də baş verib. Krasnoyarsk diyarı Prokurorluğunun məlumatına görə, səkkizinci sinif şagirdi dərsə tezalışan maddə gətirib və onunla parça yandırıb. Daha sonra qız alovlanan parçanı sinif otağına atıb. Nəticədə üç uşaq yanıq xəsarətləri alıb. Bundan əlavə, şagird iki azyaşlı uşağı və bir müəllimi yaralayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Səkkizinci sinif şagirdi saxlanılıb. Medianın məlumatına görə, qız hücumdan əvvəl sinif söhbətində planlarını bölüşüb. Lakin o zaman heç kim buna əhəmiyyət verməyib.
Əvvəllər bir psixiatr məktəblərə edilən hücumları yaz fəslinin kəskinləşməsi ilə əlaqələndirmişdi.
Maqsud












