Məktəbəqədər təhsil proqramı TƏSDİQ EDİLDİ

  • By admin
  • 12 Aprel 2022 13:36

Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr imzalayıb. 

Gununsesi.info xəbər verir ki, əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

Əmrdə Təhsil İnstitutuna “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanması tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Gununsesi.info