Məktəb avtobusunu dərəyə yuvarlanması nəticəsində 34 nəfər öldü - TANZANİYADA

  • By admin
  • 06 May 2017 21:06

tanzaniya

Tanzaniyada ibtidai sinif şagirdlərini daşıyan avtobus dərəyə yuvarlanaraq, ağaca çırpılıb.

Gununsesi.info bildirir ki, APA-nın “Sky News”-a istinadən verdiyi xəbərə görə, qəza Karatu rayonunda qeydə alınıb.

Polisin məlumatına görə, qəza nəticəsində 34 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Məlumata görə, ölənlərdən üçü müəllim, biri sürücü, qalanları uşaqlardır.

Qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info