
Tovuz rayonun Xatınlı kəndində avtomobil qəzası baş verib. Gununsesi.info xəbər verir ki, 27 yaşlı Fətəli Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobilinində qəfil idarəetməni itirərək maşını kənd məktəbinin divarına çırpıb.
Dərhal hadisə baş verən əraziyə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri çağrılırıb. Sürücü avtomobildən çıxarılaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Lakin ağır xəsarətlər alan Xatınlı kənd sakini Fətəli Hüseynov elə yolda dünyasını dəyişib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır
Gununsesi.info