Narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Laçın şəhər 1 saylı uşaq musiqi məktəbinin müəllimi Rüstəmov Şərif Qurban oğlu həbs edilib.
Gununsesi.info -nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisəylə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə əməliyyat keçirib.
Belə ki, narkotik vasitələri əldə etmə saxlama, daşıma, satma maddəsi ilə əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Ş.Rüstəmov istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 1,020 qram narkotik vasitə olan heroini əldə etdikdən sonra mayın 29-da tanışı Qurbanəli Səfərova satarkən tutularaq istintaqa cəlb edilib.
Ş.Rüstəmov barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.