ABŞ-da orta məktəbdə 14 yaşlı şagird dava zamanı 15 yaşlı sinif yoldaşını bıçaqlayaraq öldürüb. Hadisədə daha bir şagird yüngül xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatında orta məktəbdə şagirdlər arasında dava düşüb. “Southeast Raleigh” liseyinin idman zalında dava zamanı qan tökülüb. Davada bir tələbə bıçaqlanıb və ölüb.
Dava zamanı 14 yaşlı tələbə 15 yaşlı sinif yoldaşını bıçaqlayaraq öldürüb. Bu zaman daha bir şagird yüngül xəsarət alıb.
Dostunu bıçaqlayaraq öldürən uşağın anası Şerel Maklaflin oğlunun özünü müdafiə etmək üçün bıçaqdan istifadə etməli olduğunu deyib.
Kameralara düşən davanın bir yerində iki tələbənin üz-üzə qaldığı, daha sonra qara gödəkçəli gəncin qırmızı gödəkçəli tələbəyə yumruq atması, tələbənin də öz yumruğu ilə cavab verdiyi görülüb. Daha sonra digər tələbələr də davaya qarışanda böyük dava düşüb.
Davadan sonra polisin qətllə bağlı lazımi araşdırmaları aparması üçün məktəb bir günlük bağlanıb. Dostunu öldürən 14 yaşlı şagird həbs edilib.
Gununsesi.info