Məktəblərdə dərslər daşqınlara görə dayandırıldı -FOTO/VIDEO

Güclü yağışlar Türkiyənin Hatay vilayətində daşqınlarla nəticələnib. Bu səbəbdən məktəblərdə dərslər dayandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Mustafa Masatlı bildirib.

Onun sözlərinə görə, regionda yağışlar davam edir.

“Son məlumata görə hər kvadratmetrə 20 litr yağıntı düşüb. Yağışla əlaqədar olaraq böhran mərkəzi yaradılıb”, – deyə o vurğulayıb.