
Məktəblərdə şagirdlərə dini bilgilər haqqında ayrıca fənn tədris olunmalıdır.
Gununsesi.info xəbər verir ki, bunu bu gün “Media və dini təhlükəsizlik” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədrinin sözlərinə görə, “Həyat bilgisi” fənnin içərisində dinlə əlaqəli xüsusi dərs tədris olunmur, sadəcə müəyyən bilgilər var:
“Ayrıca dini bilgilər haqqında fənn tədris olunmalıdır. Bunu çox istərdik. Təbii ki, bu da başqa mövzudur”.
Gununsesi.info