Məktəblərdə  istiliklə bağlı proqblemlər qalmaqdadır - Təhsil İdarəsi

  • By admin
  • 17 Oktyabr 2016 16:43
istilik
Bakının bəzi məktəblərinin istiliklə təchiz olunması ilə bağlı müəyyən problemlər hələ də qalmaqdadır.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında  Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, məktəblərin qışa hazırlığı ilə bağlı geniş monitorinq aparılıb və monitorinqin nəticəsi olaraq problem olan məktəblərin hər birinin siyahısı müəyyənləşdirilib.
M.Vəliyeva deyib ki, idarə tərəfindən problemlərin aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyinə verilən müvafiq təkliflər aidiyyatı orqanlara göndərilib: “Bu məsələ diqqət mərkəzində olan və ən önəmli məsələlərdən biridir. Dəqiq say deyə bilmərəm, ancaq belə məktəblər mövcuddur. Lakin bu problem az sayda məktəbləri əhatə edir. Bəzi məktəblərdə isə problem artıq yay dövrü ərzində aradan qaldırılıb”. 
Bununla yanaşı Təhsil İdarəsinin müdiri əlavə edib ki, son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti Bakı məktəblərindəki davamiyyətə hər hansı bir təsir etməyib.
Gununsesi.info