Bolqarıstan Parlamentində LGBTQ qadağası

  • By Günel
  • 09 Avqust 2024 16:32

Bolqarıstan parlamenti məktəblərdə LGBTQ haqqında danışılmasına qadağa qoyub.

LGBTQ tərəfdarları məktəblərdə LGBTQ  “təbliğatı” kimi xarakterizə edilən təhsil qanununa dəyişiklikləri təklif edən tənzimləmənin geri götürülməsini tələb ediblər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, LGBTQ bayraqları qaldıran etirazçılar “Qanun layihəsinə veto!” şüarları səsləndiriblər.

Mitinqə qatılan etirazçılardan İvan İvanov, “Bu, qeyri-ənənəvi olmayan cinsi oriyentasiyanın cinayət hesab edilməsinin ilk addımıdır. Hesab edirəm ki, bu, tamamilə qəbuledilməzdir, ölkə və cəmiyyət olaraq bizim ruhumuza zidd olduğunu düşünürəm”,- deyib.

Bolqarıstan parlamenti ölkənin təhsil qanunvericiliyinə dəyişiklikləri təsdiqləyib.                                                                  Rusiyayönlü Vazrazhdane Partiyası tərəfindən təklif edilən qanun dəyişikliyi, ölkədəki bəzi Avropa İttifaqı (Aİ) tərəfdarları partiyalar tərəfindən də dəstəklənib.

Belə ki, Bolqarıstan parlamentində qanun dəyişikliyi təklifi 8 əleyhinə, 154 səslə qəbul edilib. 9 deputat səsvermədə bitərəf qalıb.

Qanuna edilən dəyişikliklə məktəblərdə “qeyri-ənənəvi cinsi oriyentasiya və ya qeyri-bioloji cinsi kimliklə bağlı ideya və baxışların təbliği, yayılması və dəstəklənməsi” qadağan edilib.

Bolqarıstan qadınlara qarşı zorakılığın qarşısının alınmasına dair İstanbul Konvensiyasını ratifikasiya etməkdən imtina edib və bu konvensiyanın LGBTQ hüquqlarını dəstəkləmək demək olduğunu bildirib.

 

Günel

Gununsesi.info