
Rusiya Dövlət Duması qanun layihəsinə məktəblərdə mobil telefondan istifadəni qadağan edən düzəlişləri nəzərdən keçirir.
Gununsesi.info-nun “İzvestiya” qəzetinə istinadən məlumatına görə, qanun yanvar ayından etibarən qüvvəyə minə bilər.
Hökumət sənədi dəstəklədiyini açıqlayıb.
Qanun telefonların məktəblərdə yalnız fövqəladə hallarda istifadəsini nəzərdə tutur. Bir gün əvvəl “Vedomosti” qəzeti yazıb ki, əvvəllər dərslərdə telefonları qadağan edən qanun layihəsində uşaqlara telefondan təhsil və ya tədris məqsədləri üçün istifadə etməyə icazə verən istisna da var idi, lakin deputatlar bundan imtina etmək qərarına gəliblər.
Mətndə isə məktəblilərin telefonları harada saxlanması barədə məlumat yoxdur. Məktəblərin bu məsələni şagirdlərin valideynləri ilə müzakirə edəcəyi gözlənilir.
Gununsesi.info