Məktəblərdə valideynlər uşaqlarına virtual nəzarət edə biləcəklər - BUNUN ÜÇÜN XÜSUSİ QOLBAĞ HAZIRLANIB

  • By admin
  • 25 Aprel 2017 08:01

mektebde virtual nezaret

Rusiya paytaxtının bütün məktəblərində “Keçid və qidalanma” layihəsi həyata keçirilir.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, Moskva meriyasının saytında yerləşdirilmiş məlumata görə, bu ilin sonunadək şəhərin bütün məktəblərində layihənin həyata keçirilməsi başa çatdırılacaq.

“Keçid və qidalanma” layihəsi çərçivəsində şagirdin sosial kartı və ya “Moskvenok” qolbağından istifadə edən məktəblilərin valideynləri onlayn rejimdə mos.ru saytında, yaxud “Moskvanın dövlət xidmətləri” əlavəsindəki virtual şəxsi kabinetləri vasitəsi ilə övladlarının məktəbə davamiyyəti və təhsil ocağının bufetində qidalanması barədə məlumat əldə edə bilirlər.

Bundan əlavə, valideynlər bufetdə bəzi qida məhsullarının alınmasına elektron qadağa da qoya bilirlər.

Gununsesi.info