Məktəblərin bağlanması xəbəri yalandır! - Təhsil Nazirliyi

Təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə martın 3-dən 9-na qədər məktəblərin, bağçaların fəaliyyətini dayandıracağı barədə məlumat paylaşıb. Bu xəbər ictimaiyyət arasında çaşqınlığa səbəb olub.

Gununsesi.info-nun məlumatına görə, məsələyə dərhal reaksiya verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov təhsil ekspertinin xəbərinə aydınlıq gətirib:   «Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir»

HTML tutorial

Gununsesi.info