Argentinada indiyə qədər duyulan ən qorxunc təcavüz hadisələrindən biri yaşanıb.
Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, Argentinada 16 yaşındakı bir gənc qız narkotik verilərək qaçırılıb. Daha sonra 3 nəfər tərəfindən xüsusi amansızlıqla təcavüzə uğrayan Lucia Perez taxta bir payaya oturdularaq faciəvi şəkildə öldürülüb.
Polisin araşdırması zamanı məlum olub ki, narkotik maddələrin ticarəti ilə məşğul olan şəbəkə tərəfindən məktəbdən qaçırılan gənc qıza əvvəl narkotik veriblər. Qəbul etdiyi narkotik maddələrin təsirindən sonra huşunu itirən qıza dəstənin 3 nəfər üzvü təcavüz edib. Lakin hadisə bununla yekunlaşmayıb.
Belə ki, qızı taxta payaya oturdan şəbəkə üzvləri Lucia Perezin daxili qanamadan həyatını itirməsinə səbəb olub. Bundan sonra dəstə üzvləri qızın üst-başını təmizləyib, paltarlarını geyindirib onun cansız bədənini narkotik asılılarının müalicə edildiyi bir klinikanın önünə buraxıblar.
https://www.youtube.com/watch?v=LScDuwPjvs8
Gununsesi.info