
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında voleybol idman növü üzrə keçirilən turnir başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə VII-IX sinif şagirdləri iştirak edib.
BŞTİ-dən Gununsesi.info-ya verilən məlumata görə, qızlardan ibarət komandalar arasında keçirilən yarışın nəticəsinə görə, 13 nömrəli məktəbin komandası komandası I, 138 nömrəli məktəbin komandası II, 76 nömrəli məktəbin komandası III yerə layiq görülüb.
Oğlanlardan ibarət komandalar arasında keçirilən yarışın nəticəsinə görə, 117 nömrəli məktəbin komandası I, 221 nömrəli məktəbin komandası II, 220 nömrəli məktəb-liseyin komandası isə III yerin sahibi olub.
Qeyd edək ki, yarışda I, II və III yerləri tutan komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
Anar
Gununsesi.info