Məktəblilər beynəlxalq olimpiadadan 5 medalla qayıdıblar

  • By admin
  • 13 Dekabr 2016 16:28

teh

İndoneziyanın Bali şəhərində yeniyetmələrin XIII Beynəlxalq Elm olimpiadası (İJSO) keçirilib.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 6 şagird qatılıb.

Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova, “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Turan Bayramlı, “İstək” liseyinin şagirdləri Turan Məmmədli və Ramil Babazadə bürünc medal qazanıblar.

Fizika, kimya və biologiya fənləri üzrə təşkil edilən olimpiada 3 mərhələdə keçirilib. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, 3-cü mərhələdə isə praktiki bacarıqları yoxlanılıb.

Cari ilin noyabrında Olimpiadalara hazırlıq mərkəzlərində keçirilən seçim imtahanının nəticələrinə əsasən, Azərbaycanı təmsil edən şagirdlər müəyyən olunub və onlar üçün intensiv hazırlıq məşğələləri təşkil edilib.

Anar
Gununsesi.info