Məktəbliləri daşıyan mikroavtobus aşdı: - ÖLƏNLƏR VAR - FOTO

  • By admin
  • 22 Aprel 2017 11:59

afrika
Cənubi Afrika Respublikasında ağır yol qəzası baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasında məktəbliləri aparan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 20 şagird ölüb.

Belə ki, hadisə Mpumalanqa vilayətində meydana gəlib. Məktəbliləri aparan mikroavtobus yük maşını ilə toqquşduqdan sonra yanmağa başlayıb.

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları cəlb olunublar.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Anar
Gununsesi.info