Məktəbliyə hökm oxundu

  • By admin
  • 17 Oktyabr 2016 16:48

hokm

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Qulu Abdullayev və Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Q Abdullayev və K. Cəfərzadə hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2015-ci ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşaşəhərciyində qəsəbə sakini Aynur Teymurova bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Q. Abdullayev və 1999-cu il təvəllüdlü K. Cəfərzadə tutulub.

Q. Abdullayev Cinayət Məcəlləsinin və K.Cəfərzadə Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunurlar.

K. Cəfərzadə A. Teymurovanın oğlunun sinif yoldaşı olub.

Gununsesi.info