
“Ona Azərbaycan mədəniyyətinin hamisi, kimsəsizlərin kimsəsi, təhsilin, idmanın qoruyucusu dedilər…”
Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun yaradıcısı və Pezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Parlamentinin millət vəkili Mehriban Əliyevanın doğum gününə həsr etdiyi “Mehriban Əliyevanı düşünərkən…” adlı yazısında dilə gətirib.
Yazıda qeyd olunur ki, O, insanlığa xidmət etməkdən yorulmadı, əksinə bundan zövq aldı…və…xidmət etdikcə, bu sevgisi sərhədlərə sığmaz oldu.
“O, dünya insanının yaratmış olduğu maddi-mənəvi irsin müdafiəçisi oldu… Ədalətsizliyin, haqsızlığın, zülmün qurbanı olan məkanların və insanların, Qarabağın, Xocalının, eşidilməyən Səsi oldu….
Dünyanın harasında sızlayan bir ürək, ağlayan bir göz , ümidsiz bir ürək oldusa onun harayına yetişdi…. O əməli ilə insanlığa, bəşəri dəyərlərə xidmət etdi…
O dünyanın gələcəyi naminə fərqli mədəniyyətlərə, fərqli dillərə, rənglərə malik insanları dialoqa çağırdı…İnsanları güc və zor dili ilə deyil, mədəniyyət, sevgi , hümanizm dili ilə münasibətlər qurmağa səslədi…
O nəcib və qətiyyətli əməlləri ilə humanizmi, insanlığa xidmət etməyin və mərhəmətin rəmzinə çevrildi. Ucalmağın və ucaltmağın, əbədiyaşar olmağın, könüllərdə abidələr qurmağın yolunu göstərdi.
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ MEHRİBAN XANIM!“-deyə, yazıda daha sonra qeyd olunur.
Gununsesi.info