Məlahət İbrahimqızı parlamentdəki çıxışından danışdı -İFADƏ AZADLIĞININ ƏLEYHİNƏ DEYİLƏM

  • By admin
  • 30 Sentyabr 2016 17:47

malahat

Milli Məclisin bu gün keçirilən iclasında YAP-çı deputat Məlahət İbrahimqızının “Meydan” Tv və facebook soisal şəbəkəsindəki “Sancaq” səhifəsi barədə dedikləri sosial şəbəkələrin əsas müzakirə mövzusu olub. Sosial şəbəkə istifadəçiləri millət vəklini ifadə azadlığına qarşı çıxmaqda günahlandırıb.

Gununsesi.info-ya açıqlamasında isə Məlahət İbrahimqızı bildirib ki, o hər zaman media azadlığının tərəfdarı olub: “Mən ifadə azadlığının əleyhinə deyiləm. Media nümayəndələri ilə ən çox ünsiyyətdə olan şəxslərdənəm. Amma təəssüf ki, bəziləri ifadə azadlığı adı altında təhqir-böhtan kampaniyası ilə məşğuldur. Təhqirlə-tənqidin fərqini bilməyənlər var. Söhbət onlardan gedir. Həmçinin, Azərbaycan qanunverciliyində dövlətin rəmzlərinin təqhir olunması cinayət məculiyyəti müəyyən edir. Prezident Azərbaycanın rəmzidir. Onu təhqir etmək cinayət məsuliyyəti yaradır. Mən çıxışımda demişəm ki, internet mediası ilə bağlı tənzimlənmələr olmalıdır”.

Deputat deyib ki, siyasi mübarizə siyasi mədəniyyət çərçivəsində aparılmalıdır: “Onlar isə bunu gözləmirlər. Mən buna riayyət etməyənləri qınayıram”.

Mayil