Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Balakəndə şimal-qərb bölgəsinin vətəndaşlarını qəbul edib. Qəbulda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, dövlət qulluğuna, orta ixtisas təhsil müəssisələrinə qəbul qaydaları, buraxılış imtahanları, elmi-metodiki seminarlar və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyat aparılıb. Şuranın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətlər ünvanına çatdırılması üçün nəzarətə götürülüb. Qəbul zamanı qeydiyyatdan keçənlərlə yanaşı, birbaşa müraciət edən vətəndaşlar da Şura sədri tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Gülnaz Qənbərli