Məleykə Abbaszadədən Mikayıl Cabbarova ağır ittiham: "MÜƏLLİMLƏRİN ÇOXUNUN PEŞƏKARLIQ SƏVİYYƏSİ AŞAĞIDIR"

  • By admin
  • 26 Aprel 2017 17:48
1464262367_m
“Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 29-54 faizini mənimsəyir”.
Gununsesi.infoxəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb.
Hesabatda qeyd olunur ki, bu ümumi təhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.
Gununsesi.info