“Məlhəm Hospital”da YOXLAMA

  • By Ayshan
  • 02 Dekabr 2025 19:16

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Məlhəm Beynəlxalq Hospital”da plandankənar (növbədənkənar) yoxlama aparıb.

 

Gununsesi.info “Qaynarinfo”ya istinadla xəbər verir ki, yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət – ekstrakorporal mayalanma (IVF) üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub.

 

Aparılan yoxlamanın nəticəsinə əsasən, “Məlhəm Beynəlxalq Hospital” MMC-nin direktoru və qanuni təmsilçisi Fuad Qədim oğlu Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə olunub.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilməyən tibbi xidmətlərin həyata keçirilməsinə görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 800-1 000 manat, hüquqi şəxslər isə 6 000-8 000 manat məbləğində cərimə edilirlər.

Gununsesi.info