Məmməd Arazın poeziya günü keçiriləcək

  • By admin
  • 13 Oktyabr 2016 12:16
mammad-araz

 Xalqın ruhunu ölməyə qoymayan şair Məmməd Arazın poeziya günü keçiriləcək.

Bunu Gununsesi.info-ya açıqlamasında “Məmməd Araz Poeziya günü”-nün İşçi qrupunun mümayəndəsi, şair Qardaşxan Əzizxanlı  deyib.
Onun sözlərinə görə,  “Məmməd Araz Poeziya günü” ilk dəfə olaraq, dahi şairin doğum günündə- oktyabrın 14-də keçiriləcək. 
“İlk olaraq tədbir iştirakçıları  saat 14.00-da Fəxri xiyabanda şairin məzarını ziyarət edəcək. Daha sonra məclis Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda davam etdiriləcək”- deyə, o vurğulayıb.
Tədbirin keçirilməsinin  məqsəd və hədəfindən danışan Q.Əzizxanlı bildirib ki, Azərbaycanda bir sıra  şair və ədiblərin poeziya və xatirə günləri keçirilir: “Biz də 2015-ci ildə  müasir Azərbaycanın dahi şairi Məmməd Arazın  poeziya günü keçirilməsi ilə bağlı ortaq bir fikrə gəldik”.
Hədəfə gəldikdə isə  Q.Əzizxanlı bildirib ki,  Məmməd Arazla söhbətlərinin birində Məhəmmədhüseyn  Şəhriyarın poeziyasının özəlliyindən danışırdıq: “Belə bir nəticəyə gəldik ki, insanda olduğu kimi yaradıcılqda da,  əsas məsələ ruhdur. Digər bütün poetik məziyyətlər, ondan sonrakı məsələdir. Məhşur fransız filosofu Gustav Lebonun dediyi kimi: “Xalq çox şey itirə bilər. Böyük məhrumiyyətlərə məruz qala bilər, amma yenidən ayağa qalxıb itirdiklərini bərpa edər. Əgər bir xalq  öz ruhunu itirərsə,  demək hər şeyini itirib””.  
O, əlavə edib ki, Şəhriyar yaradıcılığında olduğu kimi, Məmməd Araz  yaradıcılığında da xalqın ruhu qorunur və buna önəm verilir: “Məmməd Araz da   vətənpərvərlik ruhunun aşılamasında, xalqın ruhunu  oyanmasında  müstəsna rola malik olan şairdir.  Məhz belə şəxsiyyətlərin hesabına  xalq yaşayır və gələcəyi uğrunda mübarizə aparır. Bax bu səbəbdən də belə bir tədbirin keçirilməsini qərara aldıq və onu reallaşdırırıq”.
Q.Əzizxanlı onu da əlavə etdi ki, bu gün M.Araz yaradıcılığı birləşdirir  və mərkəzçiliyə xidmət edir. Və onun poeziyası ilə hamı  bir araya gəlir: “Necə deyərlər  ki, “qaçan da, qovan da”  Məmməd Araz  yaradıcılığına üz tutur”.
Q.Əzizxanlı sonda ümidvar  olduğunu bildirib ki, Məmməd Araz poeziyası günləri ənənəyə çevriləcək.
Mürtəza
 
Gununsesi.info