Məmmədovun qurduğu monitorlar niyə işləmir?

  • By admin
  • 30 May 2018 10:49

 

 

 

Paytaxtdakı dayanacaqlarda quraşdırılan informasiya terminallarının əksəriyyəti işləmir. İşləyənlərdə isə göstərilən məlumatlar düzgün deyil. 

Gununsesi.info XəzərXəbər-ə istinadən bildirir ki, nəqliyyatın intelektual idarəetmə sisteminin bir parçası olan bu monitorlardan vətəndaşlar faydalana bilmir. Əksər monitorların üzərini toz basıb, müxtəlif reklam yazılarının yapışdırıldığı lövhəyə çevrilib.

Bəzi dayanacaqlardakı terminallar işlək vəziyyətdə olsa da informasiyalar düzgün deyil. Belə ki həmin ərazidən keçen avtobusların heçdə hamısının marşurut xətti və intervalı ilə bağlı məlumatlar sistemə əlavə edilməyib. sistemdə olan marşurutların hərəkət intervalı isə düzgün göstərilmir.

 Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, bu və digər çatışmzalıqların aradan qaldırılması üçün Türkiyədən mütəxəssislər dəvət olunub. İstanbulda nəqliyyatın inetellektual idarə edilməsini həyata keçirən qurumun nümayəndələri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində olublar və mərkəzin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Həmin monitorlar keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun təşəbbüsü ilə dövlət büdcəsi hesabına dayanacaqlara quraşdırılıb.