
“Dünən ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayənsi Anjey Kaspşiklə danışdım lakin Ermənistanın Hamburqda ATƏT-in xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda görüşə razılıq verməsi barədə heç bir xəbər yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan xarici işlər naziri səviyyəsində görüşə hazırdır: “Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur”. Təmas xəttində gərginliyə toxunan xarici işlər naziri bildirib ki, əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır: “Kaspşikin ofisinin genişləndirilməsinə gəlincə, biz buna razıyıq. Ancaq əsas bu deyil. Əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır”.
Gununsesi.info