Məmmədyarov Fransaya işgüzar səfər edəcək

  • By admin
  • 16 Noyabr 2016 17:23

mammadyarov-11

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarov noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaq.

Gununsesi.info