Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib. Azərbaycan Respublikası rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, iclasda GUAM çərçivəsində əməkdaşlığın, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində işçi qrupunun yaradılmasına dair razılığa gəliblər.
Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşün sonunda iclasın protokolu təsdiq olunub.
İclasın ardınca “GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib.
Gununsesi.info