
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində ilk yarımfinal görüşlərini keçirilib.
Gununesi.info xəbər verir ki, turnirdə mübarizəni davam etdirən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. O, ilk oyun günündə 1:3 hesabı ilə uduzub.
Yarımfinal digər görüşündə Maqnus Karlsen Levan Aronyanla (Ermənistan) heç-heçə edib – 2:2.
Qeyd edək ki, yarımfinalın ikinci oyun günündə Şəhriyar Nakamura ilə daha 4 oyun keçirəcək.
Yarımfinalın ilk günündə qeydə alınan nəticələr:
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Hikaru Nakamura (ABŞ) – 1:3 (0:1; 1:0; 0:1; 0:1)
Maqnus Karlsen (Norveç) – Levon Aronyan (Ermənistan) – 2:2 (0,5:0,5; 0,5:0,5; 1:0; 0:1)
Gununsesi.info