Məmmədyarov Portuqaliyaya getdi

  • By admin
  • 15 Noyabr 2016 09:30
elmar
Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya rəsmi səfərə gedib. 
Gununsesi.info xəbər verir ki, bu barədə XİN-nin Mətbuat xidməti məlumat yayıb.
Noyabrın 15-də Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfərə yola düşüb. 
Səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliya Respublikasının rəsmi şəxsləri iləgörüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi,iqtisaditicarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaqdır. 
Gununsesi.info