Məmmədyarov xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək

  • By admin
  • 31 Avqust 2016 10:15

xelmar.jpg.pagespeed.ic._3IqzcbtKO

Xarici işlər naziri Elmar Məmmədyarov  sabahAlmaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nazir sentyabrın 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcəkAvropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşünə qatılacaq.

E. Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Gununsesi.info