Məmmədyarovun rəqibi müəyyənləşdi

  • By admin
  • 23 Yanvar 2022 10:35

Yanvarın 23-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin səkkizinci turunun oyunları keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda Rameşbabu Praqnanandhaya ilə (Hindistan) mübarizə aparacaq.

Qeyd edək ki, səkkiz turdan sonra Ş.Məmmədyarov 4,5 xalla ikinci pillədə qərarlaşıb.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Gununsesi.info