
Azərbaycanda 300-500 manatla dolanmaq məsələsi 2015-ci ildə baş verən devalvasiyadan sonra bitib. Amma ötən 7 ildə qiymətlər azı iki dəfə artıb və həyat da o qədər bahalaşıb.
Buna baxmayaraq, ölkədə yaşa görə müavinət 180 manat (yaşı 65-ə çatanların üçdə ikisi daha pensiya yox, məhz bu müavinəti alır), minimum pensiya 240 manat, minimum maaş 300 manat təşkil edir.
Muzdla çalışanların əhəmiyyətli hissəsi 300-500 manat əmək haqqı qalır;
Müəllimlərin, tibb işçilərinin əksəriyyəti 500-600 manatdan çox qazana bilmir;
Pensiya alanların əksəriyyəti 250-295 manat alır;
Əlillik müavinəti Prezident təaqüdü ilə birlikdə 300 manata çatmır. (qruplar üzrə fərqlidir)
Müharibə veteranları 80 manat müavinət alır;
Şəhid ailələrinə 500 manat verilir…
Müqayisə üçün:
Azərbaycanda yeni yaradılan dövlət qurumlarında-publik hüquqi şəxslərdə, agnetliklərdə, nazirliklərdə, prokurorluq və başqa hüquq-mühafizə orqanlarında maaşlar minimum əmək haqqından 6-10 dəfə çoxdur.
Belə bərabərsizlik olarmı? Hansısa dövlət qurumunda gənc əməkdaş 2000-2500 manat əmək haqqı alırsa, təqaüdçü ailə başçısına, əlilə hansı əsasla 300 manat verilməlidir?
Yaxud, gənc, sağalm insana əmək qabiliyyətini itrmiş əlildən niyə 10 dəfə çox pul ödənilməlidir?
Mən onların niyə daha çox aldığını sorğulamıram, əksəriyyətin niyə qəpik-quruşa möhtac edildiyinin səbəbini soruşuram. Azərbaycanın normal pensiya, maaş, müavinət vermək imkanı yoxdurmu? Əlbəttə, var! Bu ildə büdcə 3 milyard manatdan artıq profist var. Yoxdursa, dövlət qulluqçularına, polisə, prokurorluq əməkdaşlarına da olmasın!
Elçin Rüstəmli
Gununsesi.info