Məmur qəza törətdi - Ölən var

  • By Admin2
  • 07 Fevral 2025 10:29

Dünən Sumqayıtda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Ədliyyə Nazirliyinin əməkdaşı, icra məmuru Tural Cəfər oğlu İsayev “Mercedes” markalı avtomobillə Binəqədi-Novxanı-Corat yolu ilə paytaxt istiqamətində hərəkətdə olarkən yolu keçən qadını vurub.

Nəticədə ağır xəsarət alan Nərgiz İsgəndərova hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

 

 

Gununsesi.info