Məmuru və həyat yoldaşını aldatdığına görə 5 il həbsə məhkum edildi

Məmuru və həyat yoldaşını aldatdığına görə 5 il həbsə məhkum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin rəhbər şəxslərindən olan Ramin babayev və onun həyat yoldaşını aldatmaqda ittiham  olunan Ayaz Məhərrəmova hökm oxunub.

Gununsesi.info xəbər verir ki, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən Ayaz Məhərrəmov 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ayaz Məhərrəmov istintaq və məhkəmə dövründə həbsdə olmayıb, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin martın 12-də hökm oxunarkən bu qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalında həbs edilib.

Həm Ramin Babayev, həm də həyat yoldaşı Fərqanə Babayeva bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında yazılıb ki, Babayevlər birgə iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat pul veriblər. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Ayaz Məhərrəmov isə cinayət məsuliyyətinə cəlb olunub.

Gülər

Gununsesi.info

COMMENTS