
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses təxirə salınıb.
Buna səbəb təqsirləndirilən Nüsrət Muxtarovun bir neçə gün öncə təcridxanada ölməsi olub. Hakim bildirib ki, N.Muxtarovun hüquqi varisinin müəyyən olunması üçün iclas təxirə salınır. N.Muxtarovun qardaşı Elşən Muxtarov hüquqi varis olması üçün təqdim olunub. Bundan sonra N.Muxtarov barəsində olan cinayət işinə xitam verilib-verilməyəcəyinə qərar verilib.
Hakim bildirib ki, N.Muxtarovun ölümü Sabunçu prokurorluğunda araşdırılır.
Fərid Sadıqovun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması üçün vəsatət verib. Hakim vəsatəti baxılmamış saxlanılıb.
Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib.
Gununsesi.info