“Mənə elə gəlir ki, böyük həbslər olacaq” - Fazil Mustafa "Tərtər işi" barədə danışdı

  • By admin
  • 12 Fevral 2022 18:01

“Tərtər işi” ilə bağlı proses öz axarı ilə gedir. Mənə elə gəlir ki, daha böyük həbslər olacaq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Tərtər işi” ilə bağlı həbs olunanlarla bağlı danışarkən deyib.

HTML tutorial

Onun fikrincə, istintaq yenidən başlayıbsa, burada heç bir güzəşt ola bilməz:

“Baş Prokurorluqdan bildirilib ki, istintaqa cəlb olunmayan kimlər varsa, müraciət etsinlər, onların müraciəti əsasında məsələ bir daha araşdırılacaq. İstintaq tamam olmamış öncədən konkret nəsə demək doğru deyil. Hazırda “Tərtər işi” ilə niyə az insan həbs olunub?” deyə bilmərik. İstintaq yenidən başlayıbsa, burada başqa bir güzəşt ola bilməz. İçimizdə şübhə gəzdirmək doğru deyil. Əgər məqsəd bu işi ört-basdır etmək olsaydı, heç yenidən bunu başlatmağa gərək qalmazdı. Bu məsələ ölkə başçısının nəzarəti altındadır. Fikrimcə, bu gizlədilməli bir məsələ olmayacaq və məsələnin üzərinə ciddi şəkildə gediləcək. Yəqin ki, nəticəsi də olacaq. Hələ ki gözləməliyik, çünki proses öz axarı ilə gedir. Mənə elə gəlir ki, daha böyük həbslər olacaq”.

 

 

Gununsesi.info