
Dünyanın ən məşhur robotu Sofiya (Sophia) İstanbulda “Marketing Meetup” iclasında iştirak edib.
Gununsesi.info xəbər verir ki, o “pulsuzluqdan gileylənib”.
Belə ki, iclasda Sofiyadan pulun nə olduğu soruşulub. O isə cavabında ona heç vaxt pul verilmədiyini bildirib:
“Pulum yoxdur. Əgər olsaydı, ən kasıb insanlara paylayardım. Mənə pul verilməyib. Əgər çox önəmli şeydirsə, siz verin”.
Qeyd edək ki, Sofiya Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq verilən ilk insan-robotdur.
Gununsesi.info