
Xalq artisti Nisə Qasımova həmkarı Aygün Kazımovanın plastik əməliyyatlarından danışıb.
Gununsesi.info-nun məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında heç vaxt onun kimi cəsarətli olamayacığını deyib:
“Aygün xanımın əməliyyatlarına dəhşətə gəlirəm. Necə o riski edib, ard-arda əməliyyat masasına uzanıb? Türkiyədə Ajda Pekkan 20-dən çox plastik əməliyyat etdirib. Hər ikisi bunu sənət üçün edib, gözəl görünməlidirlər. Qadın güzgüyə baxanda özü ilə qürur duymalıdır. Tamaşaçı da müğənniyə baxanda deməlidir ki, “nə gözəldir”. Mən şəxsən bu cür cəsarət edə bilməzdim”.
Gununsesi.info