
Müğənni Nadir Qafarzadə aparıcı-aktrisa Tünzalə Əliyevanın təqdimatında SPACE telekanalında yayımlanan “Yerimdəyəm” verilişində qonaq olub.
Gununsesi.info-nun muztv.az-a istinadən verdiyi məlumata görə, hər zaman açıqlamaları ilə həmkarları arasında qalmaqal yaşayan ifaçı yerini bilməyən insanlardan danışıb:
“Həyatda həmişə hər şey öz yerində olmur. Sanki hərdən kimsə kiminsə yerində əyləşib, özü də bilmir ki, bu onun yeri deyil. Başqasının yerini tutub, hansı ki, o həmin yerdən qalxsa, onun yerində daha peşəkar, daha çox bilikli insan əyləşər. Mənə elə gəlir ki, hər kəs öz yerini bilməlidir, yerin yuxarısı-aşağısı olmur, əsas oturduğun yerə layiq olasan. Amma bir məsələ də var, həmin insanlara desən ki, bura sənin yerin deyil, deyəcək ki, əksinə, mən bundan da yuxarılarda oturmalıyam. Elə otur ki, sonra ordan gurultu ilə aşağı enməyəsən”.
Gununsesi.info