Boks üzrə Ukrayna milli komandasının erməni əsilli üzvü Qevorq Manukyan 16-25 iyun tarixlərində Bakıda keçiriləcək olimpiya lisenziyalı turnirdə iştirak etmək istəmədiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Manukyan Bakıda keçirilən I Avropa Oyunlarında gümüş medal qazanmasına və burda heç bir problemlə üzləşməməsinə baxmayaraq belə bir açıqlama ilə çıxış edib: “Bakıda keçiriləcək turnirə qatılmayacağam. Mən erməni əsilliyəm. Azərbaycan hazırda Ermənistanla müharibə şəraitindədir. Bu baxımdan Azərbaycana getmək alınmayacaq”, – deyə Manukyan bildirib. (Olke.az)