“Mən meyxana deyəndə, … xiyar-pomidor satırdı” – Namiq Qaraçuxurluya sataşdı

  • By admin
  • 17 Fevral 2020 16:54

Ötənlərin məşhur meyxanaçısı Rəhman Basılmaz hazırda tanınımış olan bəzi həmkarlarını sərt tənqid edib.

Gununsesi.org  xəbər verir ki, söz ustadı “Ölkə.Az”ın əməkdaşıyla söhbətində öncə Namiq Qaraçuxurlu barədə danışıb:

“Namiqlə əvvəl normal münasibətimiz olub, indi demək olar ki, əlaqə saxlamırıq. O, zəng vurmur, maraqlanmır, mən də ona görə zəng vurmuram. Ümumiyyətlə, meyxanaçıların doxsan faizi efirə çıxandan sonra dəyişirlər. İndi meyxana deyənlərin doxsan doqquz faizi məndən çəkinir. Çox həmkarlarımın da söz-söhbəti olub, həll etmişəm, adlarını çəkmək istəmirəm, özləri bilir. Hər zaman sözümü üzlərinə demişəm. Dəfələrlə meyxananı pis günə qoymaqlarını, pula əyilməklərini, pula görə sənəti satmaqlarını da söyləmişəm. Mən meyxana deyəndə, onlar xiyar-pomidor satırdılar”.

Gununsesi.org