Mən olmasaydım, indi azərbaycanlılar Xankəndidə çay içirdi - KÖÇƏRYAN

Məhkəmə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın girov müqabilində azad edilməsi barədə iddianı  rədd edib. 

Gununsesi.org erməni mətbuatına istinadən bildirir ki, Köçəryan məhkəmədə  Qarabağ müharibəsindəki rolundan danışıb: “Yəqin ki, prokurorlar bunu çətin anlayar. Mən gizlənəcək adam deyiləm. Əgər belə olsaydı, indi azərbaycanlılar Stepanakertdə (Xankəndi- red.) çay içirdilər. Mən bu barədə danışmaq da asan deyil. İnsanın bioqrafiyası onun barəsində hər şeyi deyir”.

HTML tutorial

Köçəryan bank hesabları üzərindən həbsin götürülməsini də istəyib: “Fakt budur ki, mənim və ailə üzvlərimin hesabına da həbs qoyulub. Mən isə həyatım boyu kimdənsə borc almamışam”.

Gununsesi.org