

“Azərbaycan Qərbin köləsi olmaq istəmədiyindən, ölkəmizə qarşı belə təzyiqlər olur. Azərbaycanın da səbr kasası dolduğundan ölkə başçısı avropalı parlamentarilərə belə sərt cavab verdi”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Araz Əlizadə Azərbaycan prezidentinin avropalı parlamentarilərlə görüşündə səsləndirdiyi ifadələrə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan özünü hər zaman mədəni aparırdı və diplomatik danışırdı. “Azərbaycan özünü mədəni və səbrli apardıqca, onlar qudurdu. Avropa ölkələri hesab edirlər ki, Azərbaycan onların müstəmləkəsidir, ya da köləsi. Azərbaycan da müstəqil dövlət olduğundan onların diqtəsi ilə yaşamayanda başlayırlar təzyiq etməyə. Azərbaycan prezidenti onlara belə sərt və açıq formada bəyanat verdi ki, onlarda sui-istifadə edib təzyiqlərdən əl çəkməsinlər. Necə deyərlər “örtülü bazar dostluğu pozar”. Azərbaycan prezdenti dedi ki, axı, mən sizi xəbərdar etmişdim. Siz də dövlət başçısı ilə hesablaşmadınız və sizinlə əməkdaşlıq etmək istəmirəm”- deyə, millət vəkili vurğulayıb.
A.Əlizadə əlavə edib ki, ATƏT adlı bir qurum var və bu təşkilat indiyədək Azərbaycan üçün heç nə etməyib: “Guya Qarabağ münaqişəsinin vasitəçi rolu missiyasını öz üzərinə götürsə də, heç nə eməyib. Əksinə, yeri gəldikcə Azərbaycan təzyiq edib. ATƏT-in Minsk qrupu isə bir turistik şirkətə çevrilib. Onun vasitəsi ilə bir çox diplomat pl qazanır”.
Mürtəza
Gununsesi.info