“Mən “Qızıl top”u istəyirəm” – Ronaldo

  • By admin
  • 20 Noyabr 2016 18:26

ronaldo

 

“Mən ötən mövsüm əlimdən gələn hər şeyi etdim. “Real”la Çempionlar Liqasını, Portuqaliya millisi ilə Avropa çempionluğunu qazandım”.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Real”ın hücumçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatı ilə bağlı suala cavabında deyib.

“Bu mükafatın verilməsi isə məndən yox, səsvermənin nəticəsindən asılıdır. Soruşursunuz ki, “Qızıl top”u yenə qazanmaq istərdimmi? Əlbəttə! Bu il mənim üçün mükafatlar baxımından zəngin oldu. Şübhəniz olmasın ki, bu, mənim ən yaxşı mövsümüm idi” – deyə Ronaldo bildirib.

Gununsesi.info