Mən öz səsimi çoxpartiyalı gürcü parlamentinə verdim, o parlament ki, orada çoxluq Gürcüstan haqqında sağlam düşüncəyə malik siyasi qüvvələrdir.
Gununsesi.info “Sputnik-Gürcüstan”-a istinadən xəbər verir ki, bu fikri Gürcüstan prezidenti Gergiy Marqvelaşvili bu gün səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.
Seçiciləri parlament seçkilərində aktiv olmağa səsələyən ölkə G. Marqvelaşvili deyib ki, səsimi çoxpartyalı parlamentə verdim: “İlk olaraq bu günkü gün və aktivliyə görə gürcü cəmiyyətini təbrik edirəm. Biz bu gün ölkəmizin və vətənimizin güclənməsi və demokratik proseslərin sürətlənməsi istiqamətində addım atırıq və bu məsələdə aktiv olmalıyıq. Şadam ki, səsə verdiyim məntəqədə aktivlik nümayiş olunmaqla yanaşı sakitlikdir”.
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir və seçkilərdə 19 siyasi partiyanın, 6 seçki bloku və müstəqil namizədlər iştirakedir.
Gununses.info